WILD PIG

n = wild boar

WILD PEAR
WILD ROSE
OBASTAN VİKİ
Apache Pig
Apache Pig — böyük verilənlərin idarə olunmasında verilənlərin analizi üçün yüksək səviyyəli proqramlaşdırmadan ibarət platformadır. Piq həmçinin proqramların qiymətləndirilməsi üçün infrastrukturdan ibarətdir. Pig proqramlaşdırmanın üstünlüyü çox böyük həcmli verilənləri idarə etmək üçün paralel prosesləri asanlıqla emal edə bilməsidir. Bu platformada proqramlaşdırma, əsasən, Pig Latin mətn dilindən istifadə etməklə yerinə yetirilir.
De Wild.
Emil Oqust Jozef De Vildeman (fr. Emile Auguste Joseph de Wildeman; 19 oktyabr 1866[…] – 24 iyul 1947[…], Brüssel) — Belçika botaniki. == Elmi fəaliyyəti == Emil Oqust Jozef De Vildeman bitkilər toxumlu bitkilər, mikologiya və qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Wildeman, E. A. J. de (1897). Prodrome de la flore algologique des Indes néerlandaises. 193 p. Wildeman, E. A. J. de; Durand, T. A. (1898–1907). Prodrome de la flore belge. 3 vols., 1112 p. Wildeman, E. A. J. de (1899–1909).
League of Legends: Wild Rift
League of Legends: Wild Rift – Riot Games tərəfindən Android və iOS platformaları üçün hazırlanmış, çoxoyunçulu onlayn döyüş arenası mobil oyunu. Oyun PC oyunu "League of Legends"in modifikasiya edilmiş mobil versiyasıdır. "League of Legends" oyununda olduğu kimi bu oyunda da oyunçular hər biri unikal bacarıqlara malik personajlarla ("çempion") oynayıb qarşı komandanın Neksusunu məhv etməyə çalışırlar. Hər oyun diskretdir; bütün çempionlar oyun davam etdikcə güclənirlər. == Geympley == "League of Legends: Wild Rift" izometrik baxış bucağından oynanılan çoxoyunçulu onlayn döyüş arenası oyunudur. Oyunun geympleyi PC versiyasına çox yaxın olsa da, mobil versiya olduğu üçün bəzi adaptasiyalara malikdir. "Wild Rift"də xəritənin ölçüsü daha kiçik, yenidən doğulma müddəti daha qısa və qızıl qazancı daha yüksəkdir. Buna görə də oyunlar daha qısa çəkir. Oyunun iki əsas modu var: Wild Rift və ARAM. Wild Rift əsas moddur, bu modda oyunçular istədikləri çempionları seçirlər. ARAM modunda isə bir koridor olur, oyunçular təsadüfi çempionlarla oynayırlar.
Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.